2023-cü ilin yanvarında Azərbaycanda ilkin məlumatlara görə illik idxal inflyasiyası azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik idxal inflyasiyası yanvar ayında 21.9% təşkil edib. Bu 2022-ci ilin dekabrında 23.4% idi.
Aylıq idxal inflyasiyası isə 2.1%-dən 1.2%-ə düşüb.
İxrac məhsulların qiymət indeksi isə aylıq 0.5% azalmış, illik isə 29.1% yüksəlmişdir.
Mərkəzi Banka görə, hazırkı inflyasiyanın əsas tətikləyici amili məhz xaricdən idxal olunan məhsulların bahalaşmasıdır. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib.