8 C
Baku
Sunday, November 17, 2024

Xaricdən Azərbaycana pul köçürmələri 40% azalıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 82 milyon manat vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində bildirilir.

Azərbaycanda banklardan sürətli pul köçürmə sistemləri vasitəsi ilə xaricə köçürülən vəsaitin həcmi isə 275.7 milyon manat olub. Ötən il bu göstərici müvafiq olaraq 1 milyard 797 milyon manat və 453.4 milyon manat təşkil edib.

Beləliklə, cari ilin ilk 5 ayında keçən ilin yanvar-may aylarına nisbətən Azərbaycana pul köçürmələri 40%, ölkədən xaricə köçürmələr isə 39.2% azalıb.

Son xəbərlər
Digər xəbərlər