20 C
Baku
Sunday, May 5, 2024

Xaricdən gətirilən kərə yağı ucuzlaşıb

Azərbaycana idxal edilən kərə yağı azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 10 ayında 5770 dollar ikən, cari ilin ilk 10 ayında 5577 dollar təşkil edib. Beləliklə, bu il 1 ton kərə yağının orta idxal qiyməti 193 dollar ucuzlaşıb.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 73 milyon 651 min dollar dəyərində 13 205 ton kərə yağı idxal edilib.

Ötən ilin eyni dövründə 89 milyon 400 min dollar dəyərində 15 495 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 17.6%, miqdarı isə 15% azalıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər