Azərbaycan ərazisində pandemiya səbəbindən karantin rejiminin tətbiq edildiyi may ayında qarabaşaqın qiyməti 2.06 manat təşkil edib. Bahalaşma əksər idxal olunan dənli bitgilərə aid edilir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qarabaşaq son bir ayda 2.7% bahalaşıb.
Halbuki xaricdən idxal etdiyimiz bu dənli bitginin dəyəri cari ilin əvvəlində (cədvəldə göründüyü kimi) 1.82 manat idi. Bu isə son beş ay ərzində 13% bahalaşması deməkdir. Hazırda bir çox pərakəndə satışı ilə məşğul olan iri mağazalarda bu məhsulun tükəndiyinə rast gəlinir. Dənli bitgilər içində qiymət baxımdan da ən çox bahalaşan məhsul sırasındadır.
SİYAHI: