14 C
Baku
Friday, May 17, 2024

Xaricdən kərə yağının idxalı artır – 63 milyon dollar valyuta ölkədən çıxdı

2020-ci ilin yanvar-sentyabr dövründə (9 ayda) Azərbaycana 62 milyon 724 min dollar dəyərində 12 min 717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağının idxalı miqdar ifadəsilə 2 min 872 ton və ya 29%, dəyər ifadəsilə 12 milyon 911 min dollar və ya 26% artıb.

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana 49 milyon 813 min dollar dəyərində 9 min 845 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər