11 C
Baku
Monday, November 18, 2024

Xaricdən kərə yağının idxalı azalıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 12 488.10 ton həcmində, 64 573.68 min ABŞ dolları dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar, 125 135.71 ton həcmində, 175 016.06 min ABŞ dolları dəyərində isə bitki və heyvan mənşəli piylər və yağlar idxal edib.

Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalara görə, cari ilin ilk 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların həcmi 8.9%, dəyəri 4.3% azalıb. Hesabat dövründə idxal olunan bitki və heyvan mənşəli piylər və yağların həcmi illik müqayisədə 6.6% azalıb, dəyəri isə 37.8% artıb.

 

Son xəbərlər
Digər xəbərlər