Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayında xarici ticarət iştirakçılarının sayı 59 min 826 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 702 şəxs çoxdur. 2020-ci ilin 11 ayında xarici ticarət iştirakçılarının sayı 42 min 124 şəxs olmuşdu.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 579 şəxs artaraq 8 min 524 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 17 min 123 şəxs artaraq 51 min 302 şəxsə yüksəlib. Ötən ilin 11 ayında 7 min 945 hüquqi, 34 min 179 fiziki şəxs xarici ticarət iştirakçısı idi.