Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 141 milyon 450 min ABŞ dolları dəyərində meyvə-tərəvəz idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə meyvə-tərəvəz idxalı miqdar ifadəsilə 11 min 469 ton (5%), məbləğ ifadəsilə10 milyon 854 min (8%) ABŞ dolları artıb.
Belə ki, ötən ilin yanvar-sentyabr ayları ərzində 130 milyon 597 min ABŞ dolları dəyərində, 22 min 808 ton meyvə-tərəvəz idxal olunmuşdur.