13 C
Baku
Sunday, April 21, 2024

Xarici bankdan Azərbaycanda manatla kreditləşnəyə maraq – Rəhbərdən açıqlama

Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) Azərbaycanda milli valyutada kreditləşdirilmə imkanlarını öyrənir. 

Banker.az xəbər verir ki, bu barədə bankın prezidenti Dmitri Pankin “İnterfax“a müsahibəsində məlumat verib.

“Strategiyamızın prioritetlərindən biri – Bankın üzv ölkələrinin iqtisadiyyatının kreditləşdirilməsinin, o cümlədən bondların buraxılışı yolu ilə yerli valyutada artırılmasıdır. Və, əlbəttə ki, Azərbaycanda bu istiqamətdə imkanları öyrənəcəyik”, – D.Pankin bildirib.

Onun sözlərinə görə, hazırda QTİB-nin buraxdığı borc qiymətli kağızları Azərbaycan Mərkəzi Bankın əməliyyatlarında girov olaraq qəbul edilir.

“Bu da bizim üçün gələcəkdə manat istiqrazlarının buraxılması üçün böyük stimuldur. Qeyd etməliyəm ki, bu gün Azərbaycan bankları fəal şəkildə yerli valyuta ilə maliyyələşdirilmə axtarışındadırlar və bizim əməkdaşlar onlarla fəal danışıqlar prosesindədirlər”, – QTİB-nin prezidenti vurğulayıb.

dimitry pankin
Dimitri Pankin

Öncə məlumat verilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnişaf Bankı (AİB) həmçinin manatla istiqrazların buraxılışı imkanlarını nəzərdən keçirirlər.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər