9 C
Baku
Wednesday, December 11, 2024

Xarici banklar barmaq izi skanerindəki zəifliyə görə ‘Galaxy S10’ smartfonları ilə işini dayandırıblar

Bir neçə ölkənin bankı barmaq izi tanıma sistemində aşkarlanan zəiflik səbəbi ilə Galaxy S10 və Note 10 smartfonları ilə işini müvəqqəti olaraq bağlayıblar.  Banker.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, barmaq izi yalnız smartfonun kilidini açmaq üçün deyil, həm də “Samsung Pay” və mobil banklardakı əməliyyatları təsdiqləmək üçün istifadə olunur. Galaxy S10 və Note 10-a dəstəyin dayandırılması barədə açıqlamalar İngiltərənin “National Westminster Bank” və Şotlandiyanın “Royal Bank of Scotland” ( RBS) bankı tərəfindən verilib. 

Amerikanın bankları məsələyə dair açıqlama verməsələr də, “Reddit” istifadəçilərindən biri ABŞ bankının bankomatda “Samsung Pay” ın istifadəsini qadağan etdiyini iddia edir. Digər bir istifadəçi eyni problemlə İsraildə üzləşib. 

Galaxy S10 smartfon modelinin üzərinə geldən hazırlanmış qoruyucu örtük yapışdırsanız, cihazın kilidini istənilər barmaq izi ilə açmaq mümkün olacaqdır. Belə bir məlumat oktyabrın ortalarında yayılmışdır. “Samsung” bu problemi boynuna aldı və gel strukturunun telefon sahibinin barmaq izini “yadda saxladığını” bildirdi. 

Analoji problem Note 10 smartfonunda aşkar edilmişdir. Hər iki smartfonda ultrasəs skaneri quraşdırılıb. 

Son xəbərlər
Digər xəbərlər