Rusiya prezidenti Vladimir Putin xarici banklara Rusiyada filiallar açmağa icazə verən, həmçinin onların fəaliyyətinə bəzi məhdudiyyətləri nəzərdə tutan qanunu imzalayıb.
Bununla bağlı sənəd Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib.
Mütəxəssislərin fikrincə bunun məqsədi beynəlxalq ödənişlər sisteminin inkişafına və xarici investisiyaların cəlb edilməsinə şərait yaratmaqdır.