Ölkədən xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.
Banker.az xəbər verir ki, ilin ilk doqquz ayında ölkədən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb.
Bu müddətdə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.