2021-ci ilin yanvar-fevral ayında Azərbaycandan 27 milyon 866 min dollar dəyərində 37 min 112 ton xurma ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-fevral ayında Azərbaycandan 14 milyon 110 min ABŞ dolları məbləğində 17 min 910 ton xurma ixrac edilmişdi.
Beləliklə, bu il xurma ixracının dəyəri və miqdarı 2 dəfə artıb.