18 C
Baku
Saturday, October 18, 2025

Xarici borclanmanın yuxarı həddi müəyyənləşib

Azərbaycan Respublikasının 2026-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat məbləğində təsdiq ediləcək.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat müəyyən edilib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində təsdiq ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər