“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı proqramın qəbulundan sonra, xarici kredtorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq. Bu, xarici borcu artırsa da, Azərbaycanın beynəlxalq kredit reytinqinə mənfi təsir göstərməyəcək”.
Bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2017-ci il dövlət büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib. Nazir əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.