Xarici dil üzrə qəbul imtahanından azad olunacaq doktorantların əhatə dairəsi genişləndirilib.
Bu, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Xarici dil üzrə qüvvədə olan Cambridge English Qualifications beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.
İndiyə qədər Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.