26 C
Baku
Sunday, June 23, 2024

Xarici dil öyrənənlərə faydalı məsləhətlər

  • Xarici dil öyrənirsinizsə bununla hər gün məşğul olun. Bu hər hansı idman növü üzrə idman zalında məşq etməyə bənzəyir. Dil öyənərkən də idman zalında olduğu kimi sistemli olaraq işləyin. Gün ərzində heç olmasa 10-15 dəqiqənizi yeni cümlələrin öyrənilməsinə ayırın.

  • Dil öyrənmə prosesi zamanı xarici dilə qarşı marağınız tez bir zamanda itirsə öz işləmə qrafikinizi yaradın. Məsələn, bir qədər xarici dil üzrə işlədikdən sonra musiqi dinləyin, təmiz havada gəzintiyə çıxın. Təmiz havada gəzintiyə çıxmaq daha məqsədə uyğundur. Bu beyninizin dincəlməsinə də kömək edəcək.
  • Məzmun hər bir dilin əsasıdır! Heç vaxt sözləri ayrılıqda öyrənməyin. Sözləri cümlə, kontekst daxilində öyrəndikdə yadda saxlamaq prosesi də asan başa gəlir.
  • Artıq öyrəndiyiniz söz və cümlələri qeyd formasında bir kənara yazın və dialoq zamanı onlardan maksimum şəkildə istifadə etməyə çalışın.
  • Təcrübəli tərcüməçilərin ən çox istifadə etdiyi üsuldan istifadə edə bilərsiniz. Qarşınıza nə yazı çıxırsa onu beyninizdə öyrənmək istədiyiniz dilə tərcümə etməyə çalışın.
  • Sözləri əzbərləmək də faydalıdır. Lakin bu zaman müəllimin düzəltdiyi və doğru şəkildə öyrətdiyi söz və ifadələri əzbərləmək lazımdır.
  • İstifadə üçün artıq hazır olan ifadələri birinci şəxsin təkində yadda saxlayın.
  • Heç bir dili sadəcə dərslik vasitəsilə öyrənmək olmaz. “Mən yalnızca kitabdakı bütün tapşırıqları edəcəm və müəllimimə diqqətlə qulaq asacam” fikri yalnışdır. Xarici bir dili yaxşı öyrənmək üçün o dildə olan filmlərə baxın, ədəbiyyat oxuyun, musiqi dinləyin və ən əsası dil daşıyıcısı ilə ünsiyyət qurun!.
  • Səhvlərdən deyil, düzəliş edilməyən səhvlərdən qorxun. Heç zaman heç bir şeyi yoxlanmamış qoymayın.
  • Heç nəyə baxmayaraq, xarici dili öyrənəcəyinizə əmin olun!

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər

1 comment

Comments are closed.