“Düşünürəm ki, ölkəmizdə xarici diplomatik missiyaların bağlanması məqsədlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hələ ki ehtimal edilən hücumlarla bağlı konkret məlumat yoxdur: “Əgər diplomatik missiyalara təhdid varsa, bu barədə bizə məlumat verilməlidir. Səfirliklərin və ya konsulluqların bağlanmasında məqsəd Türkiyədə terror təhlükəsinin olmasına dair imic yaratmaqdırsa, bu, dostluğa uyğun davranış deyil”.
M.Çavuşoğlu bildirib ki, prezident və parlament seçkiləri ərəfəsində baş verən bu hadisələr Türkiyə hakimiyyətinin nüfuzuna zərbə vurmaq məqsədi də daşıya bilər: “Əgər yenə heç bir izahat verilmədən oxşar addımlar atılarsa, biz də adekvat cavab verəcəyik”.
Qeyd edək ki, Türkiyədə 9 ölkənin baş konsulluğunun fəaliyyəti dayandırılıb.