-1 C
Baku
Sunday, December 15, 2024

Xarici diplomların tanınma nəticələri ilə bağlı şikayətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılacaq

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmanın nəticələri ilə bağlı şikayətlərə baxılması üçün Elm və Təhsil Nazirliyi tərəfindən Apellyasiya Komissiyası yaradılacaq.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapıb.

Qaydalara əsasən, Apellyasiya Komissiyasının tərkibi və səlahiyyətləri Nazirlik tərəfindən müəyyən ediləcək. Ərizəçi Apellyasiya Komissiyasına “İnzibati icraat haqqında” qanunda nəzərdə tutulmuş müddətlərdə şikayət edə bilər. Müraciətə Apellyasiya Komissiyasında 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Ərizəçi Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də tanınma ilə bağlı qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

Son xəbərlər
Digər xəbərlər