16 C
Baku
Thursday, April 18, 2024

Xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq

Xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq.

Bu, Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklik layihəsində öz əksini tapıb.

Qanunun 83-cü maddəsinə (Məhkumluq) təklif olunan dəyişiklikdə qeyd edilib ki, həm Azərbaycan, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və ya cəza təyin edilərkən nəzərə alınacaq.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, residiv sözü hüquqi dildə “cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət” deməkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər