7 C
Baku
Sunday, December 15, 2024

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması qaydaları dəyişib

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

Qüvvədə olan Qaydalara əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilib.

Dəyişikliyə əsasən, artıq müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmayacaq. Bundan sonra Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

 

Son xəbərlər
Digər xəbərlər