20 C
Baku
Friday, September 26, 2025

Xarici investorlar ABŞ səhmlərinin alınması üzrə rekorda imza atıblar

Xarici investorlar 2025-ci ilin ikinci rübündə Amerika səhm alışlarında rekord göstəriciyə nail olublar. Bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) məlumatlarına istinadən “Bloomberg” məlumat yayıb.

2025-ci ilin aprel–iyun aylarında ABŞ fond bazarına xarici investisiyaların axını 290.7 milyard dollar təşkil edib. Amerika aktivlərinə yatırılan xarici sərmayələrdə səhmlərin payı 32%-ə yaxınlaşıb ki, bu da 1968-ci ildən bəri maksimum göstəricidir.

ABŞ qiymətli kağızlarına tələbin artması süni intellekt (AI) sahəsində fəaliyyət göstərən iri İT şirkətlərinə maraqla bağlıdır. Söhbət “Nvidia”, “Microsoft” və “Alphabet”dən gedir. Digər müsbət amil isə zəif dollar olub, çünki bu, ABŞ aktivlərini digər valyuta sahibləri üçün daha ucuz edib. Bununla yanaşı, cari ildə ABŞ fond bazarının gəlirliliyi digər ölkələrin göstəricilərindən geri qalır.

Asiya fond indeksi “MSCI Asia Pacific” 2025-ci ildə 22% artaraq ABŞ-nin əsas göstəricisi “S&P 500″ü təxminən 8 faiz bəndi üstələyib. “MSCI Asia Pacific” indeksi Avstraliya, Çin, Honkonq, Hindistan, Yaponiya, Cənubi Koreya və Sinqapur kimi Asiya-Sakit okean regionunun inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin iri və orta şirkətlərinin səhmlərini əhatə edir. Ümumilikdə “MSCI Asia Pacific” ilin minimumlarından 35–36% yüksəlib, “S&P 500” isə 36–37% artım göstərib.

Son xəbərlər
Digər xəbərlər