Xarici investorlar Uorren Baffetin Yaponiya şirkətlərinə 6 milyard dollar sərmayə qoyandan sonra Şərqə üz tutdular.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, son bir həftədə onlar yapon səhmlərinə 1,42 trilyon yen (13,5 milyard dollar) sərmayə qoydular.
Bu, “investorların Çin və ya FAANG [Facebook, Amazon, Apple, Netflix и Google] səhmlərə üstünlük verən bazar üçün yeni dönüşdür”, – agentlik qeyd edir.
Xatırladaq ki, avqust ayının sonunda Uorren Baffetin “Berkshire Hathaway” investisiya şirkəti Yaponiyanın beş ticarət şirkətində 5% səhm əldə edib: “Itochu”, “Marubeni”, “Mitsubishi”, “Mitsui” və “Sumitomo”. İnvestisiyaların həcmi açıqlanmasa da, “Financial Times” bu məbləği təxminən 670 milyard yen (6,3 milyard dollar) dəyərində qiymətləndirib.
Ekspertlərin fikrincə, milyarderlərin Yaponiyaya göstərdiyi maraq gözlənilməz oldu. Belə ki, hələ 1998-ci ildə investor yapon şirkətlərinin aşağı gəlirli olduğunu söyləmişdir.
İnvestorların Yaponiyaya qarşı nikbin olmaları, bu ölkənin pandemiyanın mənfi nəticələrinin öhdəsindən qısa zamanda gələ bilməsi, o cümlədən nisbətən sağlam iqtisadi göstəricilərə malik olduğu ilə əlaqələndirilir.