Azərbaycanın Xarici işlər nazirinin müavini Nadir Sabir oğlu Hüseynov vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, bu barədə “Haqqın.az”a Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
60 yaşlı nazir müavini olmuş Nadir Hüseynov 2010-cu ildən Xarici işlər nazirinin müavinidir.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın Tovuz rayonundakı sərhəddində baş verən gərginlikdən sonra dövlət başçısı cari ilin iyuluna qədər XİN başçısı olmuş Elmar Məmmədyarovu tənqid edib. Bir neçə gün sonra vəzifəsindən uzaqlaşdırıb. Hazırda bu post son iki ildə Təhsil naziri kimi çalışan Ceyhun Bayramova tapşırlıb.
N.Hüseynov haqqında:
1960 – sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.
1983 – Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.
1988-1991 – Kiyev Dövlət Universitetinin aspirantı.
1991 – noyabrın 06-da Kiyev Dövlət Universiteti Tarix Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1983-1992 – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri.
1992-1998 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini.
1998-2010 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi.
2002 – yanvarın 12-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.
2010 – noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailə vəziyyəti – Evlidir, üç övlad atasıdır.