5 C
Baku
Wednesday, February 21, 2024

Xarici istehsal kərə yağının kiloqramının qiyməti rəsmən 20 manata çatıb

Dövlət Statistika Komitəsi bildirib ki, avqust ayında Azərbaycanda qida yağlıarı 1% ətrafında, bəzilərində daha çox bahalaşıb.

Banker.az statistik göstəricilərə istinadən xəbər verir ki, avqust ayında kərə yağının qiyməti 0.6% bahalaşıb. Bu da orta ölçüdə xaricdən ölkəyə gətirlən kərə yağlarının bir kiloqramının son ayda 19.78 manatdan 19.92 manata çatması deməkdir. Bu ölkə tarixindən indiyə qədər qeydə alınan ən yüksək qiymətdir.

Yerli istehsal olan kərə yağlarının qiyməti isə son ayda 18.47 manat/kq-dan 18.53 manat/kq-ya yüksəlib.

Kərə yağı Süfrə marqarini 
orta yerli idxal orta yerli idxal
1kq 1kq
Yanvar 18.20 17.88 18.53 4.69 4.54 4.84
Fevral 18.42 18.12 18.74 4.74 4.59 4.86
Mart 18.58 18.23 18.93 4.80 4.66 4.88
Aprel 18.68 18.30 19.04 5.07 4.93 5.10
May 18.94 18.38 19.38 5.22 5.08 5.26
İyun 19.12 18.42 19.62 5.28 5.14 5.32
İyul 19.24 18.47 19.78 5.34 5.20 5.39
Avqust 19.35 18.53 19.92 5.62 5.49 5.65

Qida yağlarının qiyməti dünya birjalarına müharibədən yaranan təchizat zəncirinin qırılması qorxusu və eləcə enerji qiymətlərindən dolayı yaranan xərclərlə bahalaşır. Bahalaşmanın içində əsasən duru yağlar dayanır. Maraqlı tərəfi isə yerli istehsal daha çox bahalaşır. Qarğıdalı yağı artıq Azərbaycanda xarici istehsal üzrə hər litri 1.7% bahalaşmaqla 7.28 manata, yerli istehsal 3% artımla 6.35 manata yüksəlib. Günəbaxan avqustda yağının xaricdən gətirlənləri 1.5% bahalaşmaqla 6.13 manat/l, yerli istehsal isə 2.8% bahalaşma ilə 5.46 manat/l olub.

Zeytun yağı Günəbaxan yağı
orta yerli idxal orta yerli idxal
1litr 1 litr
Yanvar 13.38 11.90 15.04 4.58 4.45 5.02
Fevral 13.48 11.97 15.17 4.60 4.48 5.04
Mart 13.57 12.02 15.28 4.63 4.51 5.07
Aprel 13.79 12.36 15.45 4.91 4.86 5.34
May 13.99 12.50 15.69 5.12 4.98 5.61
İyun 14.14 12.59 15.88 5.31 5.07 5.87
İyul 14.28 12.77 16.02 5.50 5.31 6.04
Avqust 14.37 12.87 16.11 5.60 5.46 6.13

Yerli istehsal süfrə marqarini isə 5.4% bahalaşmaqla hər kiloqramı 5.49 manat olub.

Qarğıdalı yağı
orta yerli idxal
1 litr
Yanvar 5.98 5.51 6.22
Fevral 6.03 5.54 6.27
Mart 6.07 5.59 6.32
Aprel 6.36 5.97 6.55
May 6.58 6.09 6.84
İyun 6.72 6.12 7.02
İyul 6.82 6.16 7.15
Avqust 6.96 6.35 7.28
Son xəbərlər
Digər xəbərlər