30 C
Baku
Thursday, May 30, 2024

Xarici Kəşfiyyat Xidmətinin “Land Rover”ləri satışa çıxarılır – Start qiyməti 8 000 AZN

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin “Land Rover”ləri hərraca çıxarılır.

Banker.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraca 28 fevral 2023-ci il tarixdə çıxarılacaq.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

S/N Balanssaxlayıcı təşkilatın adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Kamalov Ruslan 0504995939 LAND ROVER LR2 MİNİK 2009 8000 800
2 Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Kamalov Ruslan 0504995939 LAND ROVER LR3 MİNİK 2009 8000 800
3 Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Kamalov Ruslan 0504995939 LAND ROVER DEFENDER MİNİK 2011 14000 1400
Son xəbərlər
 ⁠
Digər xəbərlər