21 C
Baku
Saturday, September 28, 2024

“KredAqro” BOKT son 10 ildə 6 dəfə kiçilib

“Kredaqro BOKT” MMC-nin kredit porteli il üzrə 2,3 dəfə ilk devalvasiyadan (2015-in 1 yanvarı) bu tərəfə isə düz 6,5 dəfə kiçilib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin 2017-ci il üzrə illik audit hesabatında deyilir.

Hesabat dövrü ərzində aktivlərinin əsas hissəsi olan kredit portfeli 127% kiçilərək 4,7 mln. manat təçkil edib. Qeyd edək ki, 1 yanvar 2015-ci il tarixində bu rəqəm 30,7 mln. manat təşkil edirdi.

Portfeldəki bu kəskin azalma “Kredaqro”nun aktivlərinin də azalmasına təsir etməklə təqribən il ərzində iki dəfə azaltmaqla 7,9 mln. manata düşüb. Bu BOKT-un 10 il öncəki rəqəmlərdən belə aşağıdır. Təkcə bu faktı qeyd etmək lazımdır ki, bu kredit təşkilatının 2008-ci ilin sonlarındakı aktivlərin göstəricisi 59,35 mln. manat idi.

BOKT borc vəsaitlərini azaltmaqla öhdəliklərini iki dəfədən çox azaldaraq 6,7 mln. manata salıb. Lakin, hazırda öhdəliklərinin əsas çəkisini təxirə salınmış 5,2 mln. manat gəlirlərdir.

“KredAqro”nun gəlirlərindəki eniş tempi bu hesabat dövründə də müşayət olunur. Belə ki, kredit təşkilatının gəlirləri əvvəlki dövürlə müqayisədə 3 dəfə, 2015-ci illə müqayisədə isə 9 dəfədən çox kiçilərək cəmi 1,3 mln. manat təşkil edib.

Hesabatı analiz etdikdə məlum olur ki, gəlirləri xərclərini ödəyə bilməyib və mənfəətə çıxmasına əsas səbəb faiz gətirən aktivlər üzrə ehtimal olunan zərər üçün 1,3 mln. manat ehtiyatlar hesabına 923 955 manat xalis mənfəət əldə edib. Ötən il BOKT 3,7 mln. manat zərər etmişdi.

Xatırladaq ki, xarici kapitallı olan bu kredit təşklitaının nizamnamə kapitalı 452 300 manatdır. Qurumun təsisçisi və səhmdarı 100,00% pay sahibi olan ACDI/VOCA Təşkilatıdır.

 

Son xəbərlər
Digər xəbərlər