4 C
Baku
Friday, February 23, 2024

Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?

Mən xarici ölkə vətəndaşıyam. Azərbaycanda yaşayış icazəm var. Bilmək istərdim ki, Azərbaycanda VÖEN (və ya onun yerli ekvivalenti) ala bilərəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladıqları tarixə qədər olduğu yer üzrə vergi orqanına müraciət etməklə vergi orqanlarında qeydiyyata düşə bilərlər. Bunun üçün onlar vergi orqanına “Fiziki şəxsin uçota alınması üçün ərizə” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazənin surətini təqdim etməlidirlər.

Əsas: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33 və 34-cü maddələri

Son xəbərlər
Digər xəbərlər