5 C
Baku
Saturday, December 14, 2024

Xarici ölkədə daşınmaz əmlak alanlar vergini hansı ölkədə ödəməlidir?

Azərbaycan vətəndaşları əcnəbi ölkədə daşınmaz əmlak satmaqdan daha çox, yeni mənzil əldə edirlər. Daşınmaz əmlakın əldə edilməsi variantları müxtəlif olur. Bəziləri fiziki şəxs qismində öz adından, bəziləri isə bu ölkədə və yaxud aşağı vergi dərəcələrinin olduğu ölkələrdə qeydiyyatdan keçmiş şirkət adına mənzil alırlar.

Əcnəbi ölkədə vasitəsiz olaraq fiziki şəxslər tərəfindən alınan mənzillərlə bağlı suallar daha aktualdır. Əcnəbi ölkədə daşınmaz əmlak alan vətəndaşlarımız üçün gəlir vergisi qaydası Azərbaycan Respublikasının Vergi məcəlləsi tərəfindən nizamlanır.

97.1-ci maddəyə əsasən “Rezident-vergi ödəyicinin gəliri Azərbaycan Respublikası və onun sərhədlərindən kənarda əldə edilən gəlirdən ibarətdir”. Daha doğrusu, fiziki şəxs – rezident alış yerindən asılı olmayaraq gəlir vergisi ödəməlidir.

Daşınmaz əmlak satıldığı zaman ondan əldə edilən gəlirdən mənzilin ilkin dəyəri və əldə edilən gəlirin xərcləri çıxılır. Bu isə sənədlə təsdiq edildiyi halda keçərlidir. Əldə edilən gəlir xalis gəlir hesab edilir ki, ondan da gəlir vergisi tutulur.

Müxtəlif ölkələrdə vergi tutulması sistemi kəskin şəkildə fərqlənir və həmin şəxsin öz vətənində ödəcəyi vergi də məhz ondan asılıdır. Əcnəbi dövlətdə gəlir əldə edildikdə gəlir əldə edilən ölkənin büdcəsinə gəlir vergisi ödənməlidir.

Yalnız bundan sonra həmin şəxs öz vətənində ödəyəcəyi vergini bilə biləcək. Vergi məcəlləsinin 127.1-ci maddəsinə əsasən, əldə etdiyi gəlirdən əcnəbi ölkədə gəlir vergisi ödəyən şəxslər Azərbaycanda vergi ödəyərkən bu məbləği nəzərə almalıdırlar.

Daha sadə dillə desək, vətəndaşın əcnəbi ölkədə ödədiyi gəlir vergisinin faizi Azərbaycanda mövcud olan gəlir vergisi faizindən çox olarsa o Azərbaycanda əlavə olaraq nə isə ödəməli olmayacaq. Əgər əksinə, faiz dərəcəsi az olarsa fərq öz ölkəsinin büdcəsinə ödənməlidir.

Bu haqda məlumatı daşınmaz əmlak sahəsi üzrə mütəxəssis, Value and Sources konsaltinq şirkətinin nümayəndəsi Rəşad Əliyev verdiyi müsahibəsində bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər