2 C
Baku
Saturday, December 14, 2024

Xarici ölkələr nədən qorxur?

Müstəqil araşdırma mərkəzi olan Pew Research Center 44 ölkənin nümayəndəsi ilə araşdırma aparmış və onların timsalında ciddi qlobal təhlükələri aydınlaşdırmağa çalışmışdır. Belə məlum olur ki, qorxu və təhlükə hissi onların harada yaşamasına uyğun olaraq yaranır və təbii ki, burada ən aktual məsələ onları hansı təhlükələrin gözlədiyidir.

Bir faktı qeyd etmək lazımdır ki, sorğu bu yazda keçirilib. Daha dəqiq desək, sorğu aparılarkən Afrikada Ebola epidemiyası yayılmamışdı və Suriya və İraq ərazisində İŞİD qruplaşmasının fəal hərbi fəaliyyətləri aktiv deyildi.

Beləliklə, ekvatorial Afrikada infeksion xəstəliklər QİÇS-dən qorxurlar. Yaxın Şərqdə İsrail də daxil olmaqla İslam ölkələri üçün əsas təhlükə dini və etnik nifaq hesab olunur. Bundan əlavə, avropalıları sosial bərabərsizlik, yaponları isə nüvə silahı ilə bağlı risklər narahat edir.

Amerikada isə fikirlər sorğu iştirakçılarının siyasi baxışlarından asılı olaraq fərqli olmuşdur. Belə ki, respublikaçıların tərəfdarları dini və etnik nifaq, demokratlar tərəfdarları isə sosial bərabərsizlik səbəbindən narahatdırlar.

Bundan əlavə, amerikalılar ümumi olaraq gecə vaxtlarında küçədələrdəki vəziyyətdən, yaponlar nüvə silahından, ruslar isə yaxınlarının xəstələnməyindən qorxurlar.

Son xəbərlər
Digər xəbərlər