Danimarka: Bu ölkədə velosiped yollarının üzərində dayanmayın və gəzməyin. Əks təqdirdə üstünüzə çox pis qışqıracaqlar, hətta ola bilsin velosipedi birbaşa üzərinizə sürsünlər.
Yaponiya: Yaponiyada ofisiantlara “çay pulu” verməyin. Əgər bunu etsəniz həmin insanın əhvalı korlanacaq və pulları götürməkdən imtina edəcək. Bu hərəkətinizi onlar elə başa düşəcək ki, siz onu professional işçi hesab etmirsiniz və düşünürsünüz ki, ona əlavə gəlir lazımdır.
Belçika: heç bir halda heç kimə kompliment deməyin. Əks halda qarşınızdakı belçikalı bir yarım saat ərzində özünün heç də siz dediyiniz kimi olmadığını və ondan daha yaxşılarının olduğunu izah etməyə çalışacaq.
Norveç: avtobusda tanımadığınız insanların yanında oturmayın. Əslində, başqa cür desək, çox da vacib olmadığı halda tanımadığınız insanlarla danışmamağa çalışın.
Amerika: burada heç bir halda tanımadığınız insanların uşaqlarına toxunmayın. Buna görə sizi həbs edə bilərlər.
Malta: burada cənub istiqamətində getməyin və əcnəbi olduğunuzu gizlətməyin. Bundan başqa avtobusun vaxtında gələcəyini də gözləməyin.
Sinqapur: bu ölkədə narkotik satmaq ölüm cəzasına bərabərdir.
Venesuela: Heç vaxt küçələrdə səbəbsiz olaraq gəzməyin, əsasən də gecələr.
Heç vaxt heç bir polisə inanmayın.
Heç vaxt küçədən taksiyə minməyin.
Heç vaxt cəmiyyət içərisində öz pullarınızı göstərməyin.
Heç vaxt küçədə telefondan istifadə etməyin.
Comments are closed.