11 C
Baku
Saturday, December 28, 2024

Xarici ölkələrdə kiçik biznesə necə dəstək göstərilir?

Azərbaycanda kiçik biznesin ÜDM həcmində sahib olduğu pay təqribən 14-16% təşkil edir. Yaponiya, Almaniya və Kanada da isə bu göstərici 50%-dən çoxdur. Bəs xarici ölkələrdə kiçik biznesə hansı və necə şəkildə dəstək göstərilir? 

İnkişaf etmiş Asiya ölkələrində məmurlar kadr hazırlanması qismində bu sahəyə böyük diqqət ayırırlar. Yaponiya və Sinqapurda dövlət kiçik biznes sahibinin mütəxəssis hazırlanması üşün sərf etdiyi xərclərin 90%-ni qarşılaya bilər. Hətta Sinqapurda şirkət personalının təlimi üçün əcnəbi mütəxəssisin dövlət hesabına şirkətə cəlb edilməsi də mümkündür.

Sinqapurda bütün prosedura cəmi 15 dəqiqə vaxt sərf etməklə online rejimdə biznes açmaq mümkündür. Ölkədə bütün müəssisələrin 90%-ni kiçik və orta biznes nümayəndələri təşkil edir. Bundan əlavə, Sinqapurda kiçik biznesin dəstəklənməsi üçün vergi ayrılmaları, yeni başlayan sahibkarlar üçün güzəştlər, müxtəlif qrantları əhatə edən 10-larla proqram mövcuddur.

Yaponiyada şəxsi biznes yaratmaq üçün qanuna əsasən sadəcə 1 yen tələb olunur. Əgər biznes yaratmaq cəhdi uğurla nəticələnməsə sahibkar kiçik biznes üçün müflis olma prosedurunu maksimum dərəcədə sadələşdirən qanundan istifadə edə bilər. Bu qanuna əsasən sahibkar borcların şirkətin aktivini geridə qoymasından əvvəl məhkəmədə kreditorlardan “mühafizəni” əldə edə bilər.

ABŞ-da isə kişik biznesi dəstəkləmək üçün əsas cəhdlər sahibkarların ucuz pullara əlçatanlığını təmin etməkdən ibarətdir. Məhz bu məqsədlə dövlət təşkilatları kiçik biznes şirkətlərinin kredit əldə etməsi zamanı zamin olaraq çıxış edirlər. Dövlət simasında bu cür sığorta kreditləri ucuz və əlçatan edir.

Bundan əlavə, kiçik biznes fəal olaraq dövlət sifarişini cəlb edir. ABŞ-ın dövlət sifarişinin 25%-i kiçik şirkətlər arasında bölüşdürülməlidir. Bundan əlavə, bütün ölkə boyu kiçik biznesə pulsuz konsultasiya xidmətləri göstərən xüsusi mərkəzlər fəaliyyət göstərir.

Almaniyada isə sahibkarların dəstəklənməsi üçün nəzərdə tutulmuş 200-dən çox proqram mövcuddur. Alman kiçik biznes nümayəndələri sərfəli kreditlər, həmçinin biznesin yeni yaradılması mərhələsində vergidən azad edilmək kimi şanslardan istifadə etmək hüququna malikdirlər.

Son xəbərlər
Digər xəbərlər