Xarici saytlara müştəri xidməti üçün kommission haqqı ödənildikdə, nə qədər vergi ödənilməlidir?
Misal: A hoteli özünə müştəri cəlb etmək üçün xarici B saytına müraciət edir. B saytı özündə elan yerləşdirir. B saytı xidmətin müqabilində A hoteldən 1000 manat kommision haqqı alır. Yəni A hotelə müştəri tapdığına görə. A hoteli nəqədər vergi ödəməlidir?
125.1 Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz
1000*10%= 100 manat
“Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.
Vergi Məcəlləsi 150-ci, 159.2-ci maddələri
Elektron şəbəkəsi vasitəsi ilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşdiyinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.
Vergi Məcəlləsi 168.1.5-ci maddəsi
Qeyd edilənlərə əsasən qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
(1000/1.18)= 847,45. 1000-847,46= 152.54 ƏDV.
Ümümi vergi: 100+152,54=252,54 vergi.
İqtisadçı -ekspert Rauf Qarayev