12 C
Baku
Saturday, November 23, 2024

Xarici şirkət “Unibank”dakı payını digər səhmdarlara ötürüb

“Unibank KB” ASC-nin əsas səhmdarlarından biri və xaricdə qeydiyyata alınmış təşkilat “Canley Finance SA” bankın nizamnamə kapitalındakı payını digər səhmdarlara ötürüb.

Banker.az bunu bankın audit hesabatına istinad edir.

Hesabatda bildirilir ki, bank səhmlərini geri alıb və əvəzində şirkətin banka olan borclarını bağlayıblar.

2022-ci ilin əvvəlində “Canley Finance SA” təşkilatı səhm kapitalının 7.31%-nə sahib idi. Şirkətin bankdakı səhmlərinin sayı 3 831 972 ədəd (1 səhm=2.72 manat) idi.

Bununla da, bankın nizamnamə kapitalında əsas səhmdar Eldar Qəribovun payı 86.7%-dən 94.08%-ə yüksəlib.

22

Bildirək ki, 2022-ci ildə bankın nizamnamə kapitalı artırılmaqla 130.69 mln. manatdan 138.2 mln. manata çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər