İsveçrə-Böyük Britaniya birgə şirkətlərindən birinin əməkdaşları Zəngəzurda olublar.
Bunu Ermənistanın “Past” qəzeti yazıb.
Şirkət əməkdaşları təxminən 10 gün əvvəl əraziyə səfər ediblər. Onların infrastruktur və logistika sahəsində araşdırma apardıqları bildirilib.
Nəşrin yazdığına görə, bu proses Zəngəzur dəhlizi ilə bağlıdır: “Hərçənd indiki mərhələdə hakimiyyət belə bir dəhlizin yaradılmasına razılıq verməyib”.