8 C
Baku
Sunday, November 17, 2024

“Xarici şirkətlərlə aparılan ixrac əməliyyatlarına logistika dəstək təşviqi göstərilməyəcək”

“Yeni bazarlara ixrac edilən məhsullarla bağlı logistika dəstəyi göstəriləcək”.

Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

O bildirib ki, yerli logistika şirkətləri aparılan ixrac əməliyyatlarına dəstək göstəriləcək:

“Əsas şərtlər ondan ibarət olacaq ki, daşımalar mütləq yerli logistika şirkətləri ilə aparılsın. Bu dəmiryolu, hava və avtonəqliyyat vasitələri ilə də ola bilər. Xarici şirkətlərlə aparılan ixrac əməliyyatlarına logistika dəstək təşviqi göstərilməyəcək”.

Yusif Abdullayev deyib ki, logistika dəstək təşviqi üzrə istiqamətlər və coğrafiya müəyyənləşdiriləcək, bu sahədə təşviqə əsasən yeni bazarlar və yeni məhsullar üzrə tətbiq ediləcək:

“Yeni bazarlara yeni məhsulların ixracında logistika xərcləri çox önəmlidir. Bu baxımdan biz yeni istiqamətlərdə logistika ilə bağlı ixracatçılarımıza dəstək olacağıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər