19 C
Baku
Sunday, May 19, 2024

Xarici tələbələr üçün Türkiyədə ali təhsil

XIX əsrin sonlarında Türkiyə öz regionunda coğrafi yerləşməsinə, elm sahəsində imkanlarına və təhsilinə görə xüsusi yer tutmağa başlayır.

Türkiyə əsrlər boyu regiondan və bütün dünyadan olan aparıcı alimlərin burada təhsil almalarında mühüm rol oynayıb.

1923-cü ildə Türkiyə respublika elan olunandan sonra müasir təhsil sisteminin tətbiqinə başlayır.

Son illərdə Türkiyənin ali təhsil ocaqları əcnəbi tələbələr arasında şöhrət qazanıb. Şübhəsiz ki, bunun səbəblərindən biri də ölkənin stabil siyasi-iqtisadi inkişafındadır. Bundan savayı, SSSR-nin süqutundan sonra türk universitetlərinə türkdilli respublikalardan olan tələbələrin qəbulu artıb. Türkdilli ölkələr bu ölkəyə sıx dil və mədəni-tarixi bağlarına görə üstünlük verirlər.

Türkiyənin təhsil sahəsində reallaşdırdığı böyük layihələrdən biri də türk respublikalarında və qohum xalqlarının nümayəndələrinin yaşadığı regionlardan olan tələbələrin qəbulu layihəsidir.

Bu layihənin həyata keçirilməsinə 1992-ci ildə başlanılıb və «Böyük Tələbə Layihəsi» (Büyük Öğrenci Projesi) adlandırılır.

Həmçinin Türkiyədəki universitetlərin sayının artması və hökumətin xarici tələbələrin qəbulu üçün ayırdığı xüsusi büdcə türk universitetlərinə qəbul olan abituriyentlərin sayının artmasına səbəb olub.

Türkiyədə təhsil alan xarici tələbələrin sayı

1998-1999-cu illərdə Türkiyə universitetlərində 18 min 350, 2008-2009-cu illərdə 18 min 158 və 2012-2013-cü illərdə isə 40 mindən çox xarici tələbə təhsil alır.

Türkiyənin təhsil naziri Nəbi Avcı dövlət universitetlərində 35 min 308 əcnəbi tələbələrin təhsil aldığını bəyan etmişdi. Avcının dediklərinə əsasən, onlar arasından 14 min 101 tələbə ÖSS (Türkiyənin mərkəzləşdirilmiş buraxılış imtahanları) imtahanlarının nəticəsində, 5 min 285 tələbə xarici tələbə üçün olan qəbul imtahanlarının (YÖS) nəticəsində və 2 min 872 tələbə türkdilli respublikalarından və qohum xalqlardan olan tələbələr üçün qəbul imtahanlarının (TCS) nəticəsində universitetlərə yerləşdirilmişdi.

Hansı ölkələrdən daha çox tələbə gəlir?

Tələbə qəbulu və yerləşdirilməsi üzrə Mərkəzin təqdim etdiyi statistikaya əsasən, tələbələrin əksəriyyəti Türkiyəyə coğrafi baxımdan yaxın olan türk respublikaları və ölkələrdən gəlirlər.

Türkiyədə 50 ölkədən olan tələbələr təhsil alır.

Son 4 ilin məlumatlarına əsasən, Türkiyədə təhsil alan tələbələrin sayına görə lider mövqeyi Azərbaycan (4200) tutur, ondan sonra isə Türkmənistan (4110) və Şimali Kipr Türk Respublikası (3800) gəlir.

thumb turkey 2

Yuxarıda qeyd etdiyimiz müddət ərzində Türkiyəyə Almaniyadan 1417, Yunanıstandan 1340, İrandan 1305, Bolqarıstandan 1231, Monqolustandan 1000, Əfqanıstandan 812, Rusiyadan 800, Qazaxıstandan 727, Bosniya və Herseqovinadan 674, Qırğızıstandan 602, Suriyadan 500, Albaniyadan 482, İraqdan 400 , Gürcüstandan 371, Makedoniyadan 334, Nigeriyadan 250, Çindən 240, Tacikistandan 239, Ukraynadan 208, ABŞ-dan 198, BƏƏ-dən 20 tələbə təhsil almaq üçün gəlmişdilər.

Türkiyədə təhsil alan tələbələrin əksəriyyəti həkim və mühəndis ixtisaslarına üstünlük verirlər. Universitetlərdə ingilis dilində tədris olunan bölmələrin sayının artdığı üçün Türkiyəyə gələn xarici tələbələrin sayının iki dəfə artacağı gözlənilir.

Xarici tələbələrin əksəriyyəti bu universitetləri seçirlər:

Anadolu Universiteti (Anadolu Üniversitesi) – 4040

İstanbul Universiteti (İstanbul Üniversitesi) -2 611

Yaxın Şərq Texniki Universiteti (Ortadoğu Teknik Üniversitesi – ODTÜ) -1487 nəfər tələbə.

Türkiyə universitetlərində təqaüd proqramı

Türkiyə universitetlərində təhsil almaq istəyənlər təqaüd ala bilərlər. Türkiyə bu ölkədə təhsil alan tələbələrə beynəlxalq tələblərə cavab verən təhsil almaq və təqaüd qazanmaq imkanını yaradır.

«Türkiyə təqaüdləri» (Türkiye Bursları) proqramı çərçivəsində tələbələrə təqaüd təmənnasız təqdim olunur. Bu haqqı qazanan tələbələr onların akademik keçmişlərinə uyğun bölmələrdə təhsil aldıqları müddət ərzində təqaüd almağa davam edirlər.

«Türkiyənin təqaüdləri» növbəti kateqoriyalara bölünür:

Bakalavr təqaüdləri

  • Türkdilli ölkələr üçün təqaüd proqramı
  • Balkan ölkələri üçün təqaüd proqramı
  • Qara dəniz təqaüd proqramı
  • Türk-Afrika təqaüd proqramı
  • Bosfor təqaüd proqramı
  • Anadolu təqaüd proqramı

Magistr və doktorantlar üçün təqaüdlər

  • «Ali Kuşçu adına elmi və texnoloji» təqaüd proqramı
  • «İbn Haldun adına sosial elmlər» təqaüd proqramı

İxtisaslar üzrə təqaüdlər

  • İbn Sina adına tibb elmlərinin təqaüd proqramı
  • İlahiyyat fakültəsinin təqaüd proqramı
  • Yunus Emre adına türk dili fakültəsinin təqaüd proqramı

Qısamüddətli təqaüdlər

  • Məktəblərə qəbul olanlar üçün təqaüd proqramı (Alihik)
  • Elmi-tədqiqat təqaüdləri
  • Həvəsləndirici təqaüdlər proqramı
  • Dəstəkedici təqaüdlər proqramı

Təqaüdlü təhsilin imkanları

Təqaüd alan tələbələr ödənişsiz təhsil aldıqlarından savayı, həmçinin dövlət yataqxanalarında pulsuz yaşamaq və tibb xidmətlərindən pulsuz olaraq yararlanmaq haqqı qazanırlar.

istanbul university

2013-cü ildə tələbələr ödənilən aylıq təqaüdləri məbləği:

  • Xüsusi məktəblərin tələbələri üçün : 300 ABŞ dolları
  • Bakalavrlar üçün : 300 ABŞ dolları
  • Magistrlər üçün : 450 ABŞ dolları
  • Doktorantlar üçün: 575 ABŞ dolları
  • Tədqiqatçılar üçün: 575 ABŞ dolları

Ərizə verilməsinin şərtləri

Hər hansısa səbəblərdən Türkiyənin vətəndaşlığından məhrum olan türk vətəndaşları və şəxslər qeyd etdiyimiz təqaüdlərə namizəd ola bilməzlər.

Türkiyədə ödənişsiz təhsil almaq üçün ərizə vermək istəyənlər «Türkiyə Təqaüdləri»nin rəsmi səhifəsini ziyarət edə bilərsiniz.: https://basvuru.turkiyeburslari.gov.tr/tr/OBS_K/OnlineBasvuru/Yardim

Ödənişli təhsil

Xarici tələbələr üçün (YÖS) imtahanları 2010-2011-ci tədris ilində ləğv edilmişdi.

Xüsusi məktəblərə və bakalavriatlara qəbul olmaq üçün xarici tələbələrin orta məktəbi bitirdiklərini təsdiq edən attestatları, məktəb fənləri üzrə qiymətlərin və fənlərə uyğun imtahanların nəticələrini və universitetin tələb etdiyi digər sənədləri olmalıdır. Universitetlərin tələb etdiyi bütün sənədlər Türkiyənin təhsil üzrə ali şurası (YÖK) tərəfindən təsdiqlənib.

Tələb olunan sənədləri təhsil ocaqlarının ofislərinə təqdim etmək lazımdır.

Abituriyentlər təhsil almaq istədikləri universitetlərə şəxsən müraciət etməlidirlər. Hər bir universitet xarici tələbələri özünü tərtib etdiyi şərtlərin əsasında qəbul edir.

Universitetlərin rəsmi səhifəsinə ziyarət edib bu şərtlərlə tanış olmaq olar.: http://www.yok.gov.tr/web/guest/yabanci-ogrenciler

Magistratura və doktorantura proqramlarında iştirak etməyin şərtləri

Türkiyənin hər bir universiteti magistratura, doktorantura və rezidentura proqramlarına qəbulu üçün öz şəxsi şərtlərini təqdim edir. Qəbul olunanlardan dövlət imtahanı ALES –dən və yaxud xarici dil imtahanından müəyyən bal yığmalarını tələb edə bilərlər.

Xarici tələbələrin təhsil aldığı əksər universitetlərin siyahısı:

Anadolu universiteti (Anadolu Üniversitesi)

Yaxın Şərq Texniki Universitet (OrtadoğuTeknik Üniversitesi – ODTÜ)

İstanbul Universiteti (İstanbul Üniversitesi)

Ankara universiteti (Ankara Üniversitesi)

Hacettepe Universiteti (Hacettepe Üniversitesi)

Qazi Universiteti (Gazi Üniversitesi)

Son xəbərlər
 ⁠
Digər xəbərlər