10 C
Baku
Friday, October 25, 2024

Xarici ticarətlə məşğul olanların sayı 15 mindən çox artıb

Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayında (yanvar-oktyabr dövründə) xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 777  şəxs çoxdur. 2020-ci ilin 10 ayında xarici ticarət iştirakçılarının sayı 39 min 96 şəxs təşkil etmişdi.

Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 595 şəxs artaraq 8 min 250 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 15 min 182 şəxs artaraq 46 min 623 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 7 min 655 hüquqi, 31 min 441 fiziki şəxs xarici ticarət iştirakçısı idi.

Son xəbərlər
Digər xəbərlər