13 C
Baku
Friday, April 19, 2024

Xarici turistlər pasportlarına möhür vurulmadan İrana səfər edə biləcəklər

İran prezidentinin göstərişi ilə xarici turistlər pasportlarına möhür vurulmadan İrana səfər edə biləcəklər.

Bunu İran prezidentinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, ABŞ İrana qarşı iqtisadi terror həyata keçirir və bu, İrana səfər etmək istəyən şəxslərdə qorxu yaradır: “Onlar sanksiya  ilə üzləşməkdən qorxurlar. Bu gün prezident Həsən Ruhani  göstəriş verib ki,  turistlərin pasportlarına möhür vurulmasın və onların İrana səfər etdikləri qeyd olunmasın”.

Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin qərarı ölkə daxilində bütün aeroportlarda icra olunacaq.

APA

Son xəbərlər
Digər xəbərlər