24 C
Baku
Sunday, August 14, 2022

Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək?

Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib.

Banker.az xəbər verir ki, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta xidmətləri xarici vətəndaşlara şamil edilmir:

“Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilmirlər. Bu, yalnız Azərbaycan vətəndaşlarına aiddir. Amma müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək”. 

 

Son xəbərlər
Oxşar xəbərlər