Xarici və yerli şirkətlərin tikinti işləri üzrə baş podratçısı səhm bazarına “qapalı” şəkildə girir

Azərbaycanda tikinti şirkəti “qapalı” formada fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, “El-Seym İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi forması dəyişərək QSC çevrildiyini elan edir.

Bildirək ki, “El-Seym Inşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti 1996-ci ildən Azərbaycan Respublikası ərazisində Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Buşirkətin nizamnamə kapitalı 1 000 manatdır və qanuni təmsilçisi Nizami Həsənov Yadulla oğludur.

“EL-SEYM İNŞAAT” MMC hal-hazıra kimi Azərbaycanda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərin sifarişi əsasında Baş Podratçı funksiyasını öz üzərinə götürərək çoxlu  sayda inzibati, yaşayış, təmi-tikinti, mühəndis kommunikasiya və sair işləri yerinə yetirmişdir.

Son xəbərlər
Digər xəbərlər