Bu il sentyabrın 1-nə Azərbaycanda 16 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir. Belə ki, bunlardan 10 982-nin fəaliyyəti aktivdir, 4 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.
Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 %-i Türkiyə, 11,6 %-i Gürcüstan, 10,5 %-i İran, 9,5 %-i Rusiya, 5,3 %-i Pakistan və 4,2 %-i Hindistan investisiyalı hüquqi şəxslərdir.