26 C
Baku
Tuesday, April 30, 2024

Xarici vətəndaşlar Azərbaycanda VÖEN aça bilərmi?

Azərbaycanda kiçik biznes qurmaq istəyən xarici vətəndaş VÖEN hesabı aça bilərmi?

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.

Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə əsasən, həmin şəxslər vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə sualları yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər