2021-ci il dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 171.7 milyon manat təşkil edib.
2021-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1.3 milyard manatlıq əməliyyat aparıblar.
2020-ci ilin dekabrında əcnəbilərin bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 27.9 milyon manat, yanvar-dekabr aylarında isə bu göstərici 430.2 milyon manat təşkil edib.