Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 mln. və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında ölkəyə gələn xarici vətəndaşların sayı 24,7% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 104,7 mln. manat təşkil edib.
“Ümumilikdə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1,074 mlrd. manat təşkil edib”, – deyə R. Hüseyn qeyd edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 4% azalıb.
©APA-Economics