Ölkəmizdə fəaliyyət göstərən bəzi banklarda çox maraqlı bir kredit məhsulu var. Bu kredit məhsulu istehlak kreditləri qrupuna aid edilir. Kreditin təminatı qismində isə müştərinin xarici valyutada bankda olan vəsaiti çıxış edir. Bankların fərqli təkliflərinə əsasən bu vəsait həm depozit şəklində həm də cari hesab şəklində ola bilir. Bəs bu məhsulun üstünlüyü nədən ibarətdir?


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hər birimizə məlumdur ki, AZN / USD valyutasının uzun müddətdir ki, sabit qalmasına baxmayaraq mütəmadi olaraq növbəti, yəni 3-cü devalvasiya müzakirələri səngimək bilmir. Xüsusilə son dövrlərdə neftin qiymətinin dünya bazarlarında kəskin ucuzlaşması fonunda bu söhbətlər yenidən aktuallıq qazanıb. Hələ ki, bu söhbətlər şaiyə xarakterlidir, lakin gələcəkdə bu şaiyənin nə dərəcə real olub olmayacağı böyük sual altındadır.

Əvvəlki 2 devalvasiya zamanı əhalinin 2 qismi məzənnə dəyişikliyindən zərərə uğradı. Bunlardan birincisi xarici valyutada (dollarda) krediti olanlar, ikincisi isə manatda əmanət hesabı olanlar idi. Xarici valyuta təminatlı manat kreditləri müştəriləri məhz bu risklərdən qorumaq üçün dizayn edilmiş kredit məhsuludur. Monitorinq qrupumuz hazırki dövr üçün aktual olan bu kredit məhsulu üzrə bazar araşdırması edib. Öncədən qeyd edək ki, bu məhsul müştərilər baxımından minimum riskli hesab edilsə də , Banklar nöqteyi nəzərindən kifayət qədər risklidir. Manatın istənilən səviyyədə ucuzlaşması bu kredit məhsulunu təklif edən banklara zərər vuracaq. Bu səbəbdən banklar müəyyən risk alətlərindən istifadə etməli olurlar. Sözü uzatmadan müvafiq məhsulu təklif edən Banklar və şərtlər haqqında olan araşdırmanı Sizlərə təqdim edirik.

Banklar / Şərtlər Bank Respublika Kapital Bank Nikoil Bank Yapıkredi Bank
Kreditin təminatı USD / EUR – da olan depozit və ya cari hesab USD valyutasında olan cari hesab USD valyutasında olan depozit USD / EUR – da olan depozit
Məbləğ 500 – 30 000 AZN 300 AZN – sığorta depozitinin 60%-i 300 – 100 000 AZN Məhdudiyyət yoxdur
Müddət Maksimum 18 ay Maksimum 12 ay Maksimum 12 ay 12 ay / 24 ay / 36 ay
İllik faiz dərəcəsi Depozit əsasında

12 ayadək – 22%

13 – 18 ay – 24%

Cari hesab əsasında

12 ayadək – 20%

13 – 18 ay – 22%

25% 24% Depozit faizi + 12%
Komissiya 1% 1% 0% 1%
LTV əmsalı* 90% 60% 70% 80%

 

*LTV əmsalı –  kreditin ümumi məbləğinin (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərci) kredit üzər təminatın dəyərinə nisbəti;