6 C
Baku
Saturday, December 14, 2024

Xarici valyuta təminatı ilə manat krediti verən Banklar hansılardır?

Monitorinq qrupumuzun bugünkü araşdırma mövzusu bazarda çox az sayda bank tərəfindən təklif edilən bir məhsuludur. Bu kredit məhsulunu depozit təminatı ilə verilən kreditlər sinfinə aid edə bilərik, lakin ənənəvi depozitə bağlı kreditlərdən fərqini də qeyd etməliyik. Bildiyimiz kimi, depozit qarşılıqlı kredit əldə edən zaman kreditin valyutası ilə depozitin valyutası eyni olur. Lakin bu məhsulda əksinədir – yəni, depozit xarici valyutada qəbul edilsə də, həmin depozit əsasında verilən kredit milli valyuatada (manatda) olur.

Bu məhsul, ilk dəfə devalvasiyadan sonrakı dövrdə təklif edilməyə başladı. Səbəb isə, əhalinin həmin dövrdə manatda olan depozitlərini sürətlər dollara çevirməsi, eyni zamanda dollarda kredit əldə etməkdən ehtiyyat etməsi idi. Düzdür uzun müddətdir ki AZN / USD kursunda sabitlik hökm sürür, lakin hələ də bəzi insanlar var ki, öz vəsaitlərini xarici valyutada saxlamağa üstünlük verirlər. Sırf bu şəxslərin marağına səbəb olacaq məhsul haqqında araşdırma nəticələrini aşağıda diqqətinizə çatdırırıq:

Yapıkredi Bank – Valyuta depoziti qarşılıqlı AZN krediti;

  • Kredit həm USD həm də EUR valyutasında yerləşdirilən depozit əsasında götürülə bilər;
  • Kreditin məbləği depozit məbləğinin maksimal 80%-i həcmində ola bilər;
  • Kreditün müddəti 12 ay / 24 ay / 36 ay təşkil edir;
  • Kreditin illik faiz dərəcəsi depozitin cəlbetmə faiz dərəcəsindən +12% çoxdur. Müddətdən asılı olmayaraq USD əmanətləri illik 0.5%, EUR əmanətləri isə illik 0.25% dərəcəsi ilə qəbul edilir.
  • Kreditin rəsmiləşdirilməsi zamanı 1% Bank komissiyası tətbiq edilir.

Nikoil Bank – Dollar əmanəti girovu ilə manatla kreditlər;

  • Kredit yalnız USD valyutasında yerləşdirilən depozit əsasında götürülə bilər;
  • Kreditin məbləği depozit məbləğinin maksimal 70%-i həcmində (min.300 – maks 10 000 AZN) ola bilər;
  • Kreditin müddəti 1 aydan 12 ayadək ola bilər;
  • Kreditin illik faiz dərəcəsi depozitin cəlbetmə faiz dərəcəsindən asılı olmayaraq 24% təşkil edir.
  • Kreditin rəsmiləşdirilməsi zamanı Bank heç bir komissiya tutmur.

Kapital Bank – Təminatlı manat krediti;

  • Kredit yalnız USD valyutasında sığorta depoziti əsasında götürülə bilər. Sığorta Depoziti – bank tərəfindən müştəriyə illik faiz gəliri ödənilmir, sadəcə bu məbləğ kreditin təminatı kimi hesabda bloklaşdırılır.
  • Kreditin məbləği sığorta depozit məbləğinin maksimal 60%-i həcmində ola bilər;
  • Kreditin müddəti 1 aydan 12 ayadək ola bilər;
  • Kreditin illik faiz dərəcəsi 25% təşkil edir.
  • Kreditin rəsmiləşdirilməsi 1% nağdlaşdırma komissiyası tutulur.

Rabitəbank – Valyuta depoziti qarşılıqlı AZN krediti;

  • Kredit həm USD həm də EUR valyutasında yerləşdirilən depozit əsasında götürülə bilər;
  • Kreditin məbləği depozit məbləğinin maksimal 80%-i həcmində ola bilər
  • Kreditin müddəti 3 aydan 24 ayadək ola bilər;
  • Kreditin illik faiz dərəcəsi 3-12 ay müddətinə verilən kreditlər üzrə 19%, 13-24 ay müddətinə verilən kreditlər üzrə isə 21% təşkil edir.
  • Kreditin rəsmiləşdirilməsi zamanı Bank heç bir komissiya tutmur.
Son xəbərlər
Digər xəbərlər