4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Xaricilər Azərbaycanda bank kartları ilə 28 milyon manatlıq əməliyyat aparıblar

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162.9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilib.

Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 112.2 milyon manatlıq əməliyyat aparıblar.  2021-ci ilin aprel ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 28.3 milyon manat təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər