28 C
Baku
Saturday, July 27, 2024

Xaricilər martda Azərbaycanda bank kartı ilə 33 milyon manat pul xərcləyib

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2021-ci ilin birinci rübü ərzində Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 83.9 milyon manatlıq əməliyyat aparıb.  2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33.4 milyon manat təşkil edib.

Ötən ilin birinci rübündə bu göstərici 212 milyon manat, martında isə 53.9 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər