8 C
Baku
Monday, November 18, 2024

Xaricilər Azərbaycan banklarındakı əmanətləri 300 milyon manatı keçdi

2021-ci il oktyabr ayının 1-nə qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 320.8 mln. manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, əmanətlərin həcmi aylıq müqayisədə 7.8%, illik ifadədə isə 14% artıb.

Oktyabr ayının 1-nə əsasən xarici ölkə vətəndaşlarının banklardakı əmanətlərinin 184 mln. manatı xarici valyutada yerləşdirilib. AMB-nin məlumatına görə, əcnəbilərin xarici valyuta ilə yerləşdirilmiş əmanətlərinin həcmində sentyabrın 1-i ilə müqayisədə 12.2%-lik, 2020-ci ilin oktyabrın 1-nə nisbətən isə 3.2%-lik artım qeydə alınıb.

 

Son xəbərlər
Digər xəbərlər